Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

BMT-nin “Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə haqqında” Konvensiyasına üzv olan dövlətlərin Konfransı keçirilmişdir

08.07.2022

29-30 iyun 2022-ci il tarixdə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində BMT-nin “Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Haqqında” Konvensiyasına üzv olan dövlətlərin nümayəndələrindən ibarət İnsan Alveri Üzrə İşçi Qrupun iclası keçirilmişdir.

Hibrid formatda keçirilmiş iclasda DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onlayn, Azərbaycan Respublikasının Vyanadakı Səfirliyinin nümayəndəsi Şahin Şahyarov isə fiziki olaraq iştirak etmişlər.

Müzakirə mövzusu “İnsan alverinə məruz qaldığı müddətdə məcburiyyət qarşısında hüquq pozuntusu törətmiş insan alveri qurbanı üçün qeyd olunan hüquq pozuntusu ilə bağlı ədalətli mühakimənin təmin edilməsi haqqında” təlimatın hazırlanması olan iclasda BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin Katibliyi tərəfindən hazırlanmış 12 tövsiyədən ibarət təlimat müzakirəyə təqdim olunmuşdur. Tövsiyələrdə həkim, psixoloq və digər mütəxəssislərin təhqiqata cəlb edilməsi, həmin şəxslər tərəfindən insan alveri qurbanının sağlamlıq və psixoloji durumu barədə rəylərin verilməsi, cinayət təqibinin bu sahədə ixtisaslaşmış müstəntiqlər və prokurorlar tərəfindən həyata keçirilməsi kimi müddəalar əksini tapmışdır.

Iki gün davam edən tədbirə 30 iyunda yekun vurulmuşdur.

 





Çap et  Çap et