21.09.2022
İnsan alveri cinayətində şübhəli bilinən Təranə Qarayeva qadınların etibarından, köməksiz vəziyyətindən sui-istifadə edərək istismar məqsədilə Türkiyə Respublikasına aparması faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Qadınları cinsi İstismara məruz qoyma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsilə cinayət işi istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib, məhkəmənin hökmü ilə Təranə Qarayeva 8 il müddətinə azadlıqdan məhrum edilib.