Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

İnsan alveri ilə məşğul olan cinayətkar qrupun üzvlərinə hökm oxundu

16.12.2022

Tovuz rayon sakini Arzu Qəhrəmanova qardaşları Azər və Rəşad ilə qabaqcadan əlbir olmaqla cinayətkar qrup təşkil edərək 2016-2019-cu illər ərzində Azərbaycan Respublikası vətəndaşları olan qadınları işə düzəltmək adı ilə aldadaraq insan alveri məqsədi ilə cəlb edərək, Türkiyə Respublikasının Bursa şəhərinə aparıb, cinsi istismara məruz qoyublar.

Qeyd olunan şəxslər barəsində DİN-in Baş Mütəşəkkil Cinayətkaqrlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Gəncə Ağır Cİnayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Arzu Qəhrəmanova 3 il, Azər Qəhrəmanov 8 il azadlıqdan məhrumetmə, Rəşad Qəhrəmanov isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunublar.





Çap et  Çap et