Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndəsi Avropa Şurasının əməkdaşlığı çərçivəsində keçirilən konfransda iştirak edib

31.03.2026

2026-cı ilin 24-26 mart tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının əməkdaşlığı çərçivəsində “Uşaqların onlayn cinsi istismarının və sui-istifadəsinin qarşısının alınması və belə hallarla mübarizə” mövzusunda Tərəflər Komitəsinin 47-ci iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikasından Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşları iştirak ediblər.
Konfransda 2-ci monitorinq raundunda keçirilən suallar müzakirə olunaraq uşaqların onlayn mühitdə cinsi istismarına qarşı dövlətlərin qarşısına qoyulan öhdəliklər müzakirə olunub. “Uşaqlarla işləyən şəxslərin yoxlanılması”, “Etibar dairəsində zorakılıq”, “Rəqəmsal dövrdə uşaqların qorunması”, “Qurumlararası əməkdaşlıq və müraciət mexanizmləri” mövzularında keçirilən panel müzakirə və seminarlarda ölkələr və iştirakçılar öz məlumatlarını paylaşıblar.
Növbəti paneldə Lanzarot Komitəsinin il ərzində keçirilmiş iclaslarının qısa xülasəsi təqdim edilib, Konvensiyanın katibliyi tərəfindən hazırlanmış, Komitə tərəfindən cari ildə görülmüş işlərə dair hesabat təqdim edilib.
İclasın sonunda Komitənin 2026-cı il üçün iclaslar planı müzakirə edilərək təsdiqlənib.





Çap et  Çap et