17.06.2016
2016-cı il iyun ayının 17-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1967-ci il təvəllüdlü, Kəlbəcər rayon sakini Məmmədova Sevda Həsən qızının Azərbaycan Respublikası vətəndaşları olan qadınları Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilmişdir.
Faktla bağlı araşdırma davam etdirilir.