2021-ci ilin 24 sentyabr tarixdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir

27.09.2021

24.09.2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüş keçirilmişdir.

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Baş İdarə rəsinin müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisi, polis polkovniki Araz Babayev, “XXI Əsrin Qadınları” İctimai Birliyi sədri Mahirə Əmirhüseynova, “İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” İctimai Birliyinin sədri Ramiz Alıyev, “Regionlarda Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri Asif Bayramov, “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyinin sədri Qalib Nəbiyev, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım" İctimai Birliyinin sədri Gülayə Səfərova, “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin Eynulla Xeyrullayev, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Agazadə, “Təmas” Regional İnkişaf İctimai Birliyinin həmsədri Kübra Ələkbərova, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, “Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Əli Mirzəyev, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin icraçı direktoru Kəmalə Aşumova, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev iştirak etmişdir.
Görüşün məqsədi insan alverinə qarşı mübarizə fəaliyyətində fərqlənən QHT rəhbərlərinin mükafatlandırılması olmuşdur.


Tədbirdə polis general-mayoru Həzi Aslanov çıxış edərək “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-ci illər üçün Milli Fəaliyyət Planı”na və 09 avqust 2019-cu il tarixdə Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə qeyri-hökumət təşkilatları Koalisiyası arasında imzalanmış 2019-2023-cü illəri əhatə edən Anlaşma Memorandumuna əsasən əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də Baş İdarə ilə əməkdaşlıq edən qeyri-hökumət təşkilatlarını insan alveri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi və insan alveri qurbanlarının sosial reabilitasiyası işlərinə cəlb edildiyini və insаn аlvеrinə qаrşı mübаrizə fəaliyyətində fəаl iştirаk еtmiş 16 qeyri-hökumət təşkilatı rəhbərinin DİN-in müvafiq əmri ilə mükafatlandırıldığını bildirdi.

Görüşdə iştirak edən QHT rəhbərlərinin hər biri insan alverinə qarşı mübariə fəaliyyətində fəallıq göstərdiklərinə görə 1000 (min) manat məbləğində pulla mükafatlandırılmış, “Hüquqi Yardım” İctimai Birliyinin sədri İlqar Qasımov isə vəfat etdiyi üçün qeyd olunan mükafat oğlu Manaf Qasımova təqdim edilmişdir.
QHT rəhbərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə DİN-in rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, bundan sonra insаn аlvеrinə qаrşı mübаrizə sahəsində əməkdaşlığın daha da möhkəmkəndirilməsi, mövcud problemlər və görüləcək işlər barədə müzakirələr aparılmışdır.

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov insаn аlvеrinə qаrşı mübаrizə sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin zəruri olduğunu bildirərək QHT rəhbərlərinin hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamış, bununla da tədbirə yekun vurulmuşdur.

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48