Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində təlim keçirilib

30.04.2024

27 aprel 2024-cü il tarixdə tələbələrin, müxtəlif sahələr üzrə fəaliyyət göstərən gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişləri aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaq məqsədilə "Miqrasiya məktəbi-6" layihəsi çərçivəsində "İnsan alverinə qarşı mübarizə" mövzusunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya üzrə Regional Təlim Mərkəzində təlim keçirilmişdir.

Təlimdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Vamiq Naməndzadə təlimçi qismində iştirak etmiş, 20 nəfərdən artıq hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, dövlət idarəçiliyi və sosiologiya sahələri üzrə ali təhsil müəssisələrinin yuxarı kurslarında təhsil alan və ya ali təhsilini yenicə başa vurmuş şəxslərə ölkəmizin insan alverinə qarşı mübarizə strategiyası - insan alverinə qarşı mübarizə sahəsində normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə profilaktiki iş, cinayət təqibi, insan alveri qurbanlarının sosial reabilitasiyası və müdafiəsi və s. tədbirlər barədə geniş məlumat vermiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48