152
16.09.2026
Sentyabrın 15-də Avropa Şurasının “Rəqəmsal mühit də daxil olmaqla Azərbaycanda uşaqların zorakılıq, cinsi istismar və cinsi sui-istifadədən müdafiəsi” layihəsi çərçivəsində milli tərəfdaşların onlayn görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Vəkillər Kollegiyası, həmçinin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsi və İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin nümayəndələri iştirak ediblər.
Avropa Şurasının layihə meneceri Aoife O’Malley tədbiri giriş nitqi ilə açıb. Görüş zamanı layihə çərçivəsində görülmüş işlər və həyata keçirilmiş fəaliyyətlər təqdim olunub, “Barnahus Modeli”nin Azərbaycanda tətbiqinə dair araşdırmanın nəticələri və ekspert tövsiyələri diqqətə çatdırılıb.
Müzakirələr zamanı layihə çərçivəsində görülmüş işlər təhlil edilib, fəaliyyətlərin növbəti mərhələsinə dair ideyalar irəli sürülüb və milli tərəfdaşların təklifləri dinlənilib. Eyni zamanda, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48