Labirintdən çıxış kampaniyası

“Təmiz Dünya” Qadınlara Yardım İctiami Birliyi və “Victory Organization” 25 aprel 2016-cı il tarixdən 25 avqust 2016-cı il tarixədək ölkədə İnsan alveri ilə mübarizə üzrə virtual hərəkata start verir. Hərəkatın məqsədi sosial şəbəkələr vasitəsilə qadınların iş, evlilik adı ilə aldadılaraq başqa ölkələrə daşınması və insan alverindən zərər çəkməsinin qarşısını almaqdır.

Son illər beynəlxalq cinayətkarlıq statistikasına nəzər yetirdikdə məhz insan alveri qrubanlarının virtual şəbəkələr vasitəsilə cəlb edilməsi tendensiyası diqqəti cəlb edir. Gənclərimizin bu cür cinayətlərin qurbanına çevrilməsinin qarşısını  almaq məqsədilə vritual hərəkata start verilir. Hərəkatın digər missiyası gənclərin məlumatlandırılması, insan alveri cinayətinə cəlb etmə prosesinin qarşısının alınması, çətinlikdə olan gənclərə yardımların göstərilməsidir.

Kampaniya boyu müxtəlif məzmunlu mesajlar və mətnlər hazırlanacaq, insan alveri cinayətinə cəlb edilmə ehtimalı olan gənclərin zəng vura biləcəyi telefon nömrələri yayılacaq.

Gənclər onları narahat edən digər məslələrlə bağlı da zəng vurub məsləhət ala biləcək.

Hazırda kampaniyanın aşağıdakı sosial şəbəkələrdə xüsusi səhifəsi yaradılmışıdr.

 

https://www.facebook.com/Labirintd-Kampaniyasi-

https://twitter.com/labirintd

http://vk.com/public120105842

 

Kampaniyanın ilk müraciəti  həmin səhifələrdə yayılmış, eləcə də mətbuatda işıqlandırılmışdır.

 

“Hörmətli dostlar! 

Əziz gənclər!

Gündəlik həyatımızda müxtəlif mənfi hadisələr barəsində eşidirik, hətta şahidi də oluruq. Bu hadisələrin bir çoxu da sosial şəbəkələrlə bağlı olur. Sosial şəbəkədə aldadılmış qızlar sonradan onları aldadan şəxslər tərəfindən şantaj edilərək müxtəlif  təzyiqlərlə üzləşirlər. Bununla bağlı bizim təşkilatımıza da bir neçə müraciətlər daxil olub. Həmin qızlar bəzən yaxınlarının və qohumlarının hadisədən xəbər tutacağından ehtiyat ediblər və susublar. Bildiyimizə görə bununla bağlı hətta intihara cəhd göstərən də olub. Eləcə də sosial şəbəkələrdə xarici ölkədə işə düzəlmək istəyənlər arasında da aldananlar olur.

Əgər yaxınlarınız və ya dostlarınız arasında kiminsə başına belə hadisə gəlibsə, belə fakt qarşınıza çıxıbsa, bizimlə əlaqə saxlayın, (012) 511-11- 51 nömrəsinə  zəng vurun.

Thank you and best wishes,
Mehriban Zeynalova
Head of "Clean World" Aid to Women Public Union

Sabail distr., Mammad Efendiyev str. 7, apart. 15
AZ 1010, Baku, Azerbaijan
Tel:  (+994 12) 497 10 58,  (+994 12) 511 11 51
Fax: (+994 12) 497 10 58
Cell: (+994 50) 218 22 28, (+994 55) 314 35 15
Hot Line:  (+994 12) 408 56 86, (+994 12) 408 56 96 
E-mail: tamizdunyasu@gmail.com
Skype: tamizdunyasu
MSN:   tamizdunyasu@gmail.com
web:    www.cleanworldaz.com

 

   

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48