DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.

02.04.2018

2018-ci ilin 2 aprel tarixində DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndə heyəti ilə görüş keçirilmişdir. Görüşdə qonaq heyətin tərkibində Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin Miqrantlara Yardım Bölməsinin mütəxəssisi Maria Chiara Tognetti iştirak etmişdir.


Keçirilən görüşün əsas məqsədi BMqT-nin Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair həyata keçirdiyi layihələrin monitorinqi, BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin imkan və resurslarının effektivliyi və birgə tədbirlərin icra vəziyyətini müzakirə etməkdən ibarət olmuşdur.


Azərbaycan Respublikasında həyata keçirilən insan alverinə qarşı mübarizə tədbirləri və bu sahədə BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin iştirakının əhəmiyyəti və səmərəli qarşılıqlı tərəfdaşlıq təcrübəsi səmimi və işgüzar mühitdə vurğulanmış, qonaq heyət məlumat mübadiləsinə görə dərin minnətdarlığını bildirmişdir.

Geriyə


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48