Avropa Şurası Konvensiyasının Tərəflər Komitəsinin iclası keçirilib

22.06.2023

İyunun 16-da Strasburqda “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurasının iştirakçısı olan dövlətlərin Tərəflər Komitəsinin hibrid formatda 32-ci iclası keçirilib. Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev KUDO platformasında onlayn qaydada iştirak edib. İclasda iştirakçı dövlətlərin nümayəndələri, Konvensiyanın Katibliyinin İcraçı Katibi Petya Nesterova, GRETA-nın prezidenti Helga Gayer və Avropa Şurasında Azərbaycanın daimi nümayəndəliyinin rəhbər müavini Taleh Əliyev təmsil olunublar.

Şöbə rəisi Samir Qarayev çıxışında Azərbaycanda insan alverinə qarşı aparılan qətiyyətli mübarizə tədbirləri, bu sahədə davamlı inkişaf, insan alveri qurbanlarına göstərilən hüquqi yardımın yaxşılaşdırılması, Sığınacaq və Yardım Mərkəzinin xidmətlərindən istifadəsinin asanlaşdırılması, qurbanlara göstərilən xidmətlər və bu xidmətlərin nəticələri ilə bağlı konfidensial bazanın yaradılması, məhkəmələrdə mülki iddialarla bağlı Kömək Fondu tərəfindən hüquqi yardımın göstərilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat verib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48