Belarus Respublikasının Daxili İşlər Nazirliyinin Milis Akademiyasında konfrans keçirilib

29.04.2024

2024-cü ilin 10-11 aprel tarixlərində Minsk şəhərində “İnsan alverinin müasir formalarına və yetkinlik yaşına çatmayanların cinsi istismarı, cinsi zorakılığına qarşı kompleks mübarizə tədbirləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri iştirak etmişdir.
Belarus Respublikası DİN-in Milis Akademiyasında keçirilmiş konfransda təşkilatçı ölkə ilə yanaşı Rusiya Federasiyası, Özbəkistan və Qazaxıstan Daxili İşlər nazirliklərinin nümayəndələri, həmçinin MDB-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Üzrə Əlaqələndirmə Bürosunun direktor müavini, Beynəlxalq Miqrasiya Təşkilatının Belarusdakı nümayəndəliyinin rəhbəri və BMT-nin Uşaq Fondunun (UNİCEF) nümayəndəsi iştirak etmişdir.

Tədbirdə Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı görülmüş işlər barədə təqdimat edilmiş, uşaqların cinsi istismarı və cinsi zorakılığına qarşı mübarizə istiqamətində qanunvericiliyimizə edilmiş son dəyişikliklərlə bağlı məlumatlar diqqətə çatdırılmışdır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48