Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Baş səhifə » MİLLİ KOORDİNATOR » Milli Koordinator

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator


Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator (bundan sonra - Milli Koordinator) Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.

Milli Fəaliyyət Planı iştirakçılarının qarşılıqlı əməkdaşlığının vahid sistemini yaratmaq və bu qurumlar arasında məlumat mübadiləsini təmin etmək məqsədilə Milli Koordinator tərəfindən həmin qurumların fəaliyyətinin əlaqələndirilməsi həyata keçirilir. Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Milli Koordinator insan alveri ilə bağlı cinayətlərlə əlaqədar əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin daha səmərəli surətdə həyata keçirilməsi məqsədilə təhlükəsizlik, sərhəd xidməti, polis, prokurorluq orqanları, məhkəmələr, digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurur.

Milli Koordinatorun funksiyaları Milli Fəaliyyət Planı ilə müəyyən edilir.

Milli Koordinator Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına, Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumat təqdim edir.

Geriyə