|
![]() BİGANƏ QALMA |
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin (BMqT) təşkilatçılığı ilə iyunun 13-də Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində “İnsan Alveri və Miqrantların Hüquqlarının Müdafiəsi” mövzusunda onlayn tədbir təşkil edilib.
Onlayn təlimdə DİN-nin İAQMBİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Vamiq Naməndzadə bu sahədə qanunvericilik , beynəlxalq öhdəliklər və digər məsələlərlə bağlı çıxış edib.
Əlavə olaraq, dinləyicilərə insan alverinin profilaktikası, onun mahiyyəti, doğurduğu təhlükələr, həyata keçirilən mübarizə fəaliyyəti, dövlət tərəfindən təmin edilən inzibati, cinayət-hüquqi, müdafiə və digər tədbirlər barədə də məlumat verilib.
Tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.