Ölçü:
Rəng:
Şəkillər:
AZ EN

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ BAŞ İDARƏSİ

152

BİGANƏ QALMA

Saytın əsas versiyası

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 nömrəli Ümumi Təyinatlı İnternat Tipli Ümumtəhsil Məktəbində maarifləndirici görüş keçirilib

24.04.2024

16 aprel 2024-cü il tarixdə 2 nömrəli Ümumi Təyinatlı İnternat Tipli Ümumtəhsil Məktəbinin müəllim və şagirdləri ilə “İnsan alverinə qarşı mübarizə” adlı maarifləndirmə mövzusunda tədbir keçirilmişdir.
Keçirilən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Xəyyam Nəcəfov və “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova iştirak etmişdir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi, eləcə də “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2 və 4.8-ci yarımbəndinin icrası ilə bağlı keçirilən tədbirdə İnternat Tipli Ümumtəhsil Məktəbinin 150 nəfərdən artıq şagird və müəllim kollektivi iştirak etmişdir.