İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ
SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

 

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununa əsasən Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən insan alverinə qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların hüquq-mühafizə orqanları ilə, habelə insan alverinə qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

İnsan alveri ilə bağlı cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilirlər.

İnsan alveri ilə bağlı cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və cinayət işlərinə dair hüquqi yardım haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

İnsan alverçiləri və insan alveri ilə bağlı əməllərin törədilməsində iştirak edən digər şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, yaxud təyin edilmiş cəzanın icrası üçün xarici dövlətə verilə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün aşağıdakılar qarşıya məqsəd kimi qoyulmuşdur:

 

4.6. İnsan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi

4.6.1.

İnsan alverinə qarşı mübarizədə dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və özəl sektor arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanıb Milli Koordinatora təqdim edilməsi

Daxili İşlər Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

2020─2021

4.6.2.

İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,  Daxili İşlər Nazirliyi

2020─2024

4.6.3.

İnsan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə digər dövlətlərlə, xüsusən insan alveri ilə bağlı məsələlərdə Azərbaycan Respublikasına münasibətdə təyinat və mənbə ölkələrinin aidiyyəti dövlət və qeyri-dövlət qurumları ilə, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2020─2024

4.6.4.

Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozmalarının profilaktikası, həmçinin onların sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Daxili İşlər Nazirliyi

mütəmadi

4.6.5.

Beynəlxalq təşkilatların hesabatlarında və beynəlxalq reytinqlərdə insan alveri ilə və məcburi əməklə mübarizə sahəsində Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılması məqsədilə tədbirlər görülməsi

Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi,

2020─2024

4.6.6.

İnsan alveri və məcburi əməklə mübarizədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, məlumat mübadiləsinin operativliyi üçün əlaqələndiricilərin müəyyən olunması

Daxili İşlər Nazirliyi, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət  Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, digər aidiyyəti dövlət orqanları

mütəmadi

4.6.7.

İnsan alverinin qarşısının alınması, cinayət təqibi, qurbanların müdafiəsi və bu sahələrdə əməkdaşlıq mövzularına dair ölkədə beynəlxalq tədbirlərin keçirilməsi

Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, digər aidiyyəti dövlət orqanları

2020─2024

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48