Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq

 

Azərbaycan Respublikasının “İnsan alverinə qarşı mübarizə haqqında” 28.06.2005-ci il tarixli, 958-IIQ saylı Qanununun 4-cü maddəsinə əsasən insan alverinə qarşı mübarizə fəaliyyəti bu işə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi prinsipinə əsaslanır və Qanunun 10-cu maddəsinə əsasən dövlət orqanları insan alverinin qarşısının alınması sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.

İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işlərinə, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsinə, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsinə və onların sosial reabilitasiyasına cəlb edilirlər.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, eləcə də insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumu olan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qeyri-hökumət təşkilatları ilə zəruri əlaqələr qurmuş, 27 iyul 2013-cü il tarixdə Daxili İşlər Nazirliyi ilə İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası arasında 2013-2018-ci illəri əhatə edən ikinci Anlaşma Memorandumu, 09 avqust 2019-cu il tarixdə isə 2019-2023-cü illəri əhatə edən sayca üçüncü Anlaşma Memorandumu Milli Koordinator tərəfindən imzalanmışdır. 

“İnsan alverinə qarşı mübarizə haqqında” 10-cu maddəsinə əsasən insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları aşağıdakı istiqamətlərdə fəaliyyətə cəlb edilirlər:

  1. insan alverinin potensial qurbanlarının maarifləndirilməsi işləri;
  2. insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi;
  3. insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2009-2021-ci illərdə “İnsan alveri ilə bağlı qiymətləndirmənin təşkili və bu sahədə mübarizədə ictimai fəallığın artırılmasına dair təşəbbüslər” istiqaməti üzrə müxtəlif qeyri-hökumət təşkilatlarının təqdim etdiyi ümumilikdə 139 layihəyə 1.156.650 AZN vəsait ayırmışdır.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli, 2173 saylı Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın aşağıdakı bəndləri üzrə tədbirlərin icrasında qeyri-hökumət təşkilatlarının iştirakı nəzərdə tutulur:

4.2.2. Azərbaycan Respublikasında insan alveri probleminin xüsusiyyətləri, insan alveri və məcburi əməklə mübarizədə görülən işlər, uşaqların insan alverinə məruz qalması riskləri və digər əlaqədar istiqamətlərdə elmi və sosial tədqiqatlar aparılması, bu sahədə fəaliyyətə dövlət dəstəyinin təmin olunması.
4.2.4. Qanunsuz miqrasiyanın, ölkə ərazisindən insan alveri məqsədilə tranzit kimi istifadə edilməsinin, insan alverinin bütün formalarının qarşısının alınması işinin daha da gücləndirilməsi, bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında koordinasiyanın təkmilləşdirilməsi, insan alveri qurbanlarının və potensial qurbanların müəyyən edilməsi məqsədilə birgə fəaliyyətin və monitorinqlərin davam etdirilməsi.
4.2.5. İnsan alverinin və məcburi əməyin potensial qurbanlarının məşğulluğunun təmin edilməsi, insan alverindən zərər çəkmiş şəxslərin işə götürülməsi üçün sahibkarların həvəsləndirilməsi.
4.4.4. İnsan alveri qurbanlarına xidmət göstərən dövlət və qeyri-dövlət sığınacaq və yardım mərkəzlərinin, digər sosialyönümlü müəssisələrin imkanlarının öyrənilməsi, onların potensialının artırılması üçün maliyyə vəsaitinin ayrılması
4.4.6. İnsan alveri qurbanlarına xidmət göstərən sığınacaq və yardım mərkəzlərində hüquqi yardım göstərilməsinə və onların sosial reabilitasiyasına insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəlb olunması
4.5.3. Yetkinlik yaşına çatmayanlarla, xüsusən sağlamlıq imkanları məhdud uşaqlarla sosial iş institutunun mütərəqqi beynəlxalq təcrübə əsasında formalaşdırılması, bu işin xüsusiyyətləri nəzərə alınmaqla qanunvericiliyin təkmilləşdirilməsi
4.5.4. İnsan alverindən zərər çəkmiş, zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması
4.5.6. Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması
4.6.1. İnsan alverinə qarşı mübarizədə dövlət orqanları, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar və özəl sektor arasında strateji tərəfdaşlığın gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanıb Milli Koordinatora təqdim edilməsi
4.6.2. İnsan alverinə qarşı mübarizədə iştirak edən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının maliyyə təminatının artırılması
4.6.4. Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquqpozmalarının profilaktikası, həmçinin onların sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları ilə və beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi
4.7.5. İnsan alverinin qurbanı olan (zərər çəkmiş və ya zərər çəkməsi ehtimal olunan) uşaqların və ya potensial qurbanların müəyyən edilməsi və müdafiəsi mövzularında təlimlər keçirilməsi, təlimat kitabçalarının hazırlanması
4.7.7. Hüquq-mühafizə orqanlarının və insan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən digər dövlət qurumlarının əməkdaşları, həmçinin ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi tədris kurslarının təşkil edilməsi
4.8.1. İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi, bu məqsədlə müxtəlif sosial reklamlar, çarxlar, qısametrajlı filmlər çəkilməsi, verilişlərin hazırlanıb nümayiş etdirilməsi, müxtəlif maarifləndirici materiallar hazırlanması, internet informasiya resurslarında yerləşdirilməsi və onlardan istifadənin təşviq edilməsi
4.8.2. İnsan alverinin və məcburi əməyin qarşısının alınması məqsədilə müxtəlif dillərdə hazırlanmış maarifləndirici vəsaitlərin beynəlxalq marşrutlarda hərəkət edən nəqliyyat vasitələrində, dövlət sərhədindən buraxılış məntəqələrində paylanılması tədbirlərinin davam etdirilməsi
4.8.3. Məcburi əmək riskləri barədə maarifləndirmə işinin gücləndirilməsi, belə tədbirlərin əməkçi miqrantlar arasında keçirilməsi
4.8.4. İnsan alveri ilə bağlı keçirilən bütün maarifləndirmə tədbirlərinin və təlimlərin nəticələrinin təşkilatçılar və iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsinin tətbiq edilməsi
4.8.5. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə sahibkarlarla və işəgötürənlərlə təbliğat və maarifləndirmə işinin aparılması
4.9.3. Milli Fəaliyyət Planına göstərilən dəstəyin əlaqələndirilməsi, müvafiq dövlət və qeyri-hökumət təşkilatlarının, beynəlxalq təşkilatların və digər tərəfdaşların resurslarından birgə istifadənin həyata keçirilməsi işinin davam etdirilməsi

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ ÜZRƏ QHT KOALİSİYASINA ÜZV OLAN TƏŞKİLATLARIN SİYAHISI

Təşkilatın adı

Əlaqələndirici şəxs

 

Koalisiyada tutduğu vəzifə

1

 

“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı”

 

Ramiz Alıyev

sədr

 

Koalisiyasının sədri

 

2

 

“Azərbaycan Uşaqları” İctimai Birliyi

 

 

Kəmalə Ağazadə

sədr

 

Koalisiyasının sədr müavini

 

 

3

 

“Mərhəmət Kimsəsizlərə Yardım” İctimai Birliyi

 

 

İradə  Nəsirova

sədr

 

Koalisiyasının katibi

 

4

 

“Polisə dəstək” İctimai Birliyi

 

Şəmsəddin Əliyev

sədr

 

İdarə heyətinin üzvü

 

5

 

 

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi

 

Mehriban Zeynalova

sədr

 

İdarə heyətinin üzvü

 

6

 

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım

İctimai Birliyi

 

Gülayə Səfərova

sədr

 

 

İdarə heyətinin üzvü

 

7

 

“Ümidli Gələcək” Sosial Təşəbbüslər Təşkilatı

 

Kəmalə Aşurova

icraçı direktor

 

 

İdarə heyətinin üzvü

 

8

 

 

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi

 

Anar Xəlilov

sədr

 

İdarə heyətinin üzvü

 

9

 

“XXI Əsrin Qadınları” İctimai Birliyi

 

Mahirə  Əmirhüseynova

sədr

 

İdarə heyətinin üzvü

 

10

 

 

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi

 

Zenfira Mustafayeva sədr

 

İdarə heyətinin üzvü

 

11

 

“Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyi

 

Mehriban Abdullayeva

sədr

 

İdarə heyətinin üzvü

 

12

 

“Narkotizmlə  Mübarizə” İctimai Birliyi

 

Aydın Məmmədov

sədr

 

Koalisiyanın üzvü

 

13

 

“Hüquqi –Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi

 

Fariz Əkbərov

sədr

 

Koalisiyanın üzvü

 

14

 

“Hüquqi və Demokratik İslahatlar Mərkəzi” İctimai Birliyi

 

İlham Əliyev

sədr

 

 

Koalisiyanın üzvü

 

15

 

"Ümid Yelkənləri" İnsan Alverinə Qarşı Mübarizə İctimai Birliyi

 

Fatma Allahyarova

sədr

 

Koalisiyanın üzvü

 

16

 

“Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi

 

Əli Mirzəyev

sədr

 

Koalisiyanın üzvü

 

17

 

“Sosial İqtisadi İnkişaf Uğrunda” İctimai Birliyi

 

Sevda Məmmədova

sədr

 

Koalisiyanın üzvü

 

18

 

“İslahatçı Qadınlar və İnnovasiyalar”  İctimai Birliyi

 

Vüsalə Hüseynli

sədr

 

Koalisiyanın üzvü

 

 

19

 

“Hüquqi Təhlil və Araşdırmalar” 

İctimai Birliyi

 

Ramil İskəndərli

sədr

 

Koalisiyanın üzvü

 

 

20

 

“Könül Evi” Aztəminatlı Ailələrə Yardım

İctimai Birliyi

 

Ruxsara Axundova

sədr

 

Koalisiyanın üzvü

 

21

 

Yeni Həyat İqtisadi İnkisaf İctimai Birliyi

 

Ədil Ədilzadə

sədr

 

Koalisiyanın üzvü

 

22

 

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi

 

Fuad Hüseynzadə

sədr

 

Koalisiyanın üzvü

 

23

 

Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyi

 

Aydan Xıdırova

icraçı direktor

 

Koalisiyanın üzvü

 

24

 

“Prioritet” Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi

 

Zaur İbrahimov

sədr

 

Koalisiyanın üzvü

 

25

 

“Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi

 

Qalib Nəbiyev

sədr

 

Koalisiyanın üzvü

 

26

 

“Gənclər İnkişaf Naminə” İctimai Birliy

 

Rəvan Cəfərli

direktor

 

Koalisiyanın üzvü

 

27

 

“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi

 

Günel Səfərova

sədr

 

Koalisiyanın üzvü

 

28

 

“Ailə və Uşaqların Problemlərinin Həllinə Dəstək” İctimai Birliyi

 

Alı Mustafayev

sədr

 

Koalisiyanın üzvü

 

29

 

“Ümid Yolu” Xeyriyyə Cəmiyyəti

İctimai Birliyi

 

Nəzrin Əliyeva

sədr

 

Koalisiyanın üzvü

 

 

30

 

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya

İctimai Birliyi

 

Bəsti Nəsibova

sədr

 

Koalisiyanın üzvü

 

31

 

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi

 

 

Cəsarət Hüseynzadə

sədr

 

 

Koalisiyanın üzvü

 

32

 

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

 

 

Samirə Mustafayeva

sədr

 

 

Koalisiyanın üzvü

 

33

 

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi

 

 

Ramil Əliyev

sədr

 

 

Koalisiyanın üzvü

 

34

 

“Yeni Həyat” Humanitar və Sosial Dayaq” İctimai Birliyi

 

 

Nailə İsmayılova

sədr

 

 

Koalisiyanın üzvü

 

 

35

 

“Təmas Regional İnkişaf” İctimai Birliyi

 

 

Südabə Məmmədova

sədr

 

Koalisiyanın üzvü

 

36

 

“Sosial, İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək”  İctimai Birliyi 

 

 

Zülfiyyə Nuriyeva

sədr

 

Koalisiyanın üzvü

 

 

37

 

“Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyi

 

Eynulla Xeyrullayev

sədr

 

Koalisiyanın üzvü

 

38

 

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı”  İctimai Birliyi

 

 

Zaur Quliyev

sədr

 

Koalisiyanın üzvü

 

39

 

“Demokratik Təsissatlar və İnsan Hüquqları” İctimai Birliyi

 

 

Yaşar Ağazadə

sədr

 

Koalisiyanın üzvü

 

 

 

40

 

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası  İctimai Birliyi

 

Afiq Məlikov

sədr

 

Koalisiyanın üzvü

 

 

41

 

Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi

 

Yeganə Ağarzayeva

sədr

 

Koalisiyanın üzvü

 

 

42

 

“Azəri Gənclər Alyansı” İctimai Birliyi

 

Leyla Sadıqova

sədr

 

Koalisiyanın üzvü

 

 

43

 

 

Tərəqqi Sosial Tədqiqatlar İctimai Birliyi

 

 

Cəlal Əmənov

sədr

 

Koalisiyanın üzvü

 

 

44

 

“Rəqəmsal İnkişaf” İctimai Birliyi

 

Könül Ağayeva

sədr

 

Koalisiyanın üzvü

 

 

45

 

“Miqrasiya     Proseslərinin Tədqiqi” İctimai Birliyi

 

Fəridə Vəliyeva

sədr

 

Koalisiyanın üzvü

 

 


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48