Oktyabrın 28-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində ABŞ Dövlət Departamentinin və Federal Tədqiqatlar Bürosunun əməkdaşları ilə uşaq pornoqrafiyası ilə bağlı məsələlərin müzakirə olunması məqsədilə görüş keçirilmişdir.

29.10.2021

Görüşdə Daxili İşlər Nazirliyindən İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Həzi Aslanov, rəis müavini polis polkovniki Samir Zeynalov, şöbə rəisi polis polkovniki Samir Qarayev, baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Vamiq Naməndzadə, Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı Vaqif Əzizov, ABŞ Dövlət Departamentinin Regional Təhlükəsizlik Xidmətinin rəisi Timoti Dalton və ABŞ-ın Federal Tədqiqatlar Bürosunun (FTB) regional nümayəndəsinin müavini Kevin Orkin iştirak etmişdir.

Görüş zamanı Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov Azərbaycan Respublikasında insan alverinə qarşı aparılan mübarizə, qanunvericilik, beynəlxalq əməkdaşlıq və cəza-icra prinsiplərinin hüquqi aspektləri ilə yanaşı, uşaq pornoqrafiyasının dövriyyəsi ilə əlaqədar qanunvericilik və bu cinayət növünə qarşı aparılan mübarizə tədbirləri haqqında geniş məlumat vermişdir.
Bundan başqa ABŞ Dövlət Departamentinin Regional Təhlükəsizlik Xidmətinin rəisi Timoti Dalton və ABŞ-ın Federal Tədqiqatlar Bürosunun (FTB) regional nümayəndəsinin müavini Kevin Orkin tərəfindən uşaq pornoqrafiyasına qarşı aparılan mübarizə barədə müvafiq məlumatlar verilmişdir.
Ümumilikdə görüş səmimi və işgüzar şəraitdə keçirilmiş və qarşı tərəfi maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48