Cəzaları ağırlaşdı

23.12.2022

Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, “İnsan alverçiləri” Şirin Məmmədova və Aynur Fərruxovanın, habelə hüquq müdafiəçisi Dilsuz Məmmədovun verdikləri apelyasiya şikayətlərinə, Aynur Fərruxova tərəfindən öz apellyasiya şikayətinə edilmiş əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılıb.

İnsan alverçiləri və onların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7 dekabr 2022-ci il tarixli Qərarı ilə 10 iyun 2022-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə dəyişiklik edilərək insan alveri cinayəti törətmiş Şirin Məmmədovanın və Aynur Fərruxovanın 3 il müddətinə azadlıqdan məhrum etmə cəzaları “8 il” müddətinə artırılıb.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48