Təlim keçirilib

24.06.2023

İyunun 19-dan 21-dək paytaxtdakı “Park İnn Radisson” otelində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən Avropa İttifaqının maliyyə dəstəyi ilə insan alverinə qarşı mübarizə ilə bağlı qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti üzvləri üçün təlim keçirilib.

Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsininin şöbə rəisi Ramil Kazımov və əməliyyat müvəkkili Mahir İsrafilov iştirak ediblər.
Təlimin ilk günündə R.Kazımov ölkəmizdə insan alverinə qarşı mübarizə istiqaməti üzrə tədbir iştirakçılarına məlumat verib.

Təlimin digər günlərində beynəlxalq ekspert qismində iştirak edən Portuqaliyanın İmmiqrasiya və Sərhəd Xidmətinin müşaviri Hüqo Monteyro təmsil etdiyi dövlətin bu sahədəki təcrübəsi barədə danışıb. Azərbaycandakı Qeyri-Hökumət Təşkilatları (QHT) koalisiyasının yerli ekspertləri insan alverinə qarşı mübarizə aparan 15 QHT nümayəndəsinə insan alverinə qarşı aparılan mübarizəyə dair ölkə təcrübəsi barədə təlim keçiblər.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48