Həmcinslərinə qarşı cinayət törədən şəx həbs edildi

30.11.2023

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Pəri Abbasovanın müxtəlif vaxtlarda qadınları tamah niyyəti və aldatma yolu ilə zəiflik vəziyyətindən, hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar məqsədilə dövlət sərhədindən keçirməklə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla insan alveri, həmçinin insan alveri məqsəd ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətməsi aşkar edilib. Faktla bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq istismar faktı ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə P.Abbasovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48