DİN QHT nümayəndələrini təltif etdi

28.12.2023

Dekabrın 27-də DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində İnsan Alverinə qarşı Mübarizə üzrə QHT Koalisiyasının nümayəndələri ilə görüş keçirilib.

Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun salamlarını tədbir iştirakçılarına çatdıraraq insan alverinə qarşı mübarizənin yüksək səviyyədə aparılması üçün çox ciddi vəzifələrin qarşıya qoyulduğunu bildirib.
H.Aslanov Baş İdarənin 2023-cü il ərzində gördüyü işlər barədə məlumat verib.

O, 2020-2024-cü illəri əhatə edən Milli Fəaliyyət planı haqqında danışaraq qeyd edib ki, əvvəlki illərdə olduğu kimi bu fəaliyyət planında da Baş İdarənin maarifləndirmə işlərində QHT-lərlə geniş əməkdaşlıq edilib, bundan sonra da bu istiqamətdə birgə fəaliyyət davam etdiriləcəkdir.

İclasda Koalisya üzvləri çıxış edərək dövlətimizin insan alverinə qarşı mübarizə sahəsində apardığı fəaliyyətin əhəmiyyətindən danışaraq məmnunluqla qeyd ediblər ki, bu gün DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə QHT Koalisiyası arasında olan əməkdaşlıq yüksək səviyyədədir.

İnsan alveri ilə bağlı ictimaiyyətin maarifləndirilməsi, insan alveri qurbanları üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkil edilməsi və insan alveri qurbanlarının reabilitasiyası işlərində fəal iştirak etdiklərinə görə Koalisiyasının nümayəndələrinə diplomlar və mükafatlar təqdim olunub.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48