01.04.2024
Demokratiya və inkişaf üzrə təşkilat GUAM-ın Cinayətkarlığa Qarşı Mübarizədə Koordinasiya Üzrə İşçi Qrupunun İnsan Alverinə və Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə Altqrupunun 28 mart 2024-cü il tarixdə növbəti 25-ci iclası keçirilib.
Moldovanın sədrliyi ilə onlayn qaydada keçirilən iclasda üzv dövlətlərin insan alveri və qanunsuz miqrasiyaya qarşı mübarizə qurumlarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev, həmçinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi, İNTERPOL-un MMB-nin, həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları iştirak etmişlər.
Şöbə rəisi Samir Qarayev çıxış edərək “Uşaqların cinsi istismarı və cinsi zorakılığına qarşı mübarizə haqqnda” Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsi, qanunvericiliyimizin qeyd olunan konvensiyaya inplementasiya edilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il 27 dekabr tarixli Qanunu ilə Əmək, Ailə, Cinayət, Cinayət Prosessual Məcəllələrə, həmçinin “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Sosial xidmətlər haqqında”, “Vəkil və vəkillik fəaliyyəti haqqında”, “Dövlət doktiloskopik və genom qeydiyyat haqqında” Qanunlara edilmiş əlavə və dəyişikliklər barədə məlumatlar verib.
Təşkilata üzv olan digər dövlətlərin nümayəndələri də öz qanunvericiliklərinə edilmiş əlavə və dəyişikliklərlə bağlı məlumatları təqdim etmişlər.
Bundan başqa Samir Qarayev Azərbaycanda insan alverinə qarşı mübarizənin vəziyyəti barədə məlumat vermiş, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı isə respublikamızda qanunsuz miqrasiyaya qarşı mübarizənin vəziyyətini iclas iştirakçılarının nəzərinə çatdırmışdır.
Üzv dövlətlərin nümayəndələri də təmsil etdikləri ölkədə görülmüş işlər barədə məlumat vermişlər.
İclasda daha sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşı çıxış edərək Azərbaycanın İsveç, Norveç, Moteneqro və Serbiya ilə readmissiya haqqında saziş imzaladığını, GUAM ölkələri ilə bu barədə saziş layihəsinin hazırlandığını, Gurcüstan, Moldova və Ukrayna tərəfinə təqdim edildiyini bildirmişdir.
Digər dövlətlərinin nümayəndələri də öz hökumətləri tərəfindən bu sahədə həyata keçirilən fəaliyyət barədə məlumatlar vermişlər.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48