Maarifləndirmə tədbiri keçirilib

18.04.2024

DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı və İnsan Alverinə qarşı QHT Koalisiyasının nümayəndələri tərəfindən respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən təhsil müəssisələrində müəllim və şagirdlərin iştirakı ilə “İnsan alverinə qarşı mübarizə” adlı marifləndirmə mövzusunda keçirilən tədbirlər davam etdirilir.
Növbəti belə tədbir 17 aprel 2024-cü il tarixdə Sabunçu rayonunda yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində keçirilib.

Tədbirdə təhsil müəssəsinin 150-yə yaxın şagird və müəllim kollektivi iştirak etmiş, onlara insan alverinə qarşı mübarizə mövzusunda geniş məlumatlar verilmiş, müzakirələr aparılmış verilmiş suallar ətraflı cavablandırılmışdır.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48