28.04.2024
“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi, eləcə də “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.2 və 4.8-ci yarımbəndinin icrası ilə bağlı 18 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli İnternat tipli xüsusi ümümtəhsil məktəbinin müəllim və tələbələri ilə “İnsan alverinə qarşı mübarizə” adlı maarifləndirmə mövzusunda keçirilən tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Sərxan Ağamirov iştirak etmişdir.
Tədbirdə kollecin 100-dən artıq tələbə və müəllim kollektivi iştirak etmiş, onlara “İnsan alverinə qarşı mübarizə” mövzusunda geniş məlumatlar verilmiş, müzakirələr aparılmış, verilmiş çoxsaylı suallar ətraflı cavablandırılmışdır.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48