Pakistan İslam Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndələri ölkəmizdə səfərdə olmuşlar

30.04.2024

21-27 aprel 2024-cü il tarixlərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycanda miqrasiya, sərhəd idarəçiliyi, insan alverinə qarşı mübarizə və miqrant qaçaqmalçılığına qarşı mübarizə sahələrində görülmüş işlərlə tanış olmaq məqsədi ilə Pakistan İslam Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfər etmişlər.

Səfər çərçivəsində 24 aprel 2024-cü il tarixdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində Pakistan İslam Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının katibi Chaudry Adnan Arshad Aulakhın rəhbərlik etdiyi nümayəndə heyəti ilə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində görüş təşkil edilmişdir.

Görüşdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, Baş İdarənin rəis müavini, polis polkovniki Samir Zeynalov, Baş İdarənin şöbə rəisləri və DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin əməkdaşı iştirak etmişlər.

Baş İdarənin rəisi, polis general-mayoru Həzi Aslanov açılış nitqi ilə çıxış edərək Azərbaycanda insan alverinə qarşı mübarizə istiqamətində görülmüş işlər, Baş İdarəsinin strukturu və fəaliyyət istiqamətləri barədə geniş məlumat vermişdir.

Daha sonra nümayəndə heyəti DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının müşayəti ilə Baş İdarədə fəaliyyət göstərən İnsan alveri qurbanları və potensial qurbanlara xidmət edən “Qaynar Xətt”ə, həmçinin İnsan alveri qurbanları üçün Sığınacağa səfərlər etmiş, fəaliyyətin təşkili və əldə edilmiş nəticələrlə tanış olmuşlar.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48