Dövlət Turizm Agentliyi ilə birgə tədbir keçirilib

23.05.2024

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə tədbirlər planının 4.7.1 və 4.7.2-ci yarımbəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə 20-22 may 2024-cü il tarixlərdə Quba və Lənkəran şəhərlərində fəaliyyət göstərən turizm sənayesi nümayəndələri üçün təşkil edilmiş maarifləndirici təlimdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Vamiq Naməndzadə və Mahir İsrafilov 100-dən çox hotel və turizm agentliklərinin nümayəndələri üçün “Qanunvericilik, insan alverinə qarşı mübarizə fəaliyyətində qarşılıqlı əlaqənin təşkili və bu sahədə milli fəaliyyət planları” mövzusunda təqdimatla çıxış etmişlər..
Təlimdə insan alverinə qarşı mübarizə üzrə cinayət təqibi orqanının, xüsusən DİN-in və onun struktur qurumlarının səlahiyyəti, qarşılıqlı işi, müvafiq sahədə preventiv, müdafiə etmə tədbirlərinin icra mexanizmi, qarşıda duran vəzifələr və onların həlli yolları barədə xüsusatlar tədris olundu, çoxsaylı suallar cavablandırıldı.
Tədbirin sonunda təşkilatçı və iştirakçılar bu kimi tədbirlərin tez-tez həyata keçirilməsini xahiş etdilər.


ÜNVAN

Bakı şəhəri, Azadlıq prospekti 161.

İndeks: AZ1106

Növbətçi hissə: (+99412) 590-20-49

Faks: (+99412) 590-20-48