27.01.2023
Yanvarın 24-də Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq Ofisinin təşkilatçılığı ilə Vyanada Cinayətlərin Qarşısının Alınması və Cinayət Ədliyyəsi Komissiyasının 32-ci sessiyası keçirilib. Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovniki Samir Qarayev hibrid formada iştirak edib.
İclasda İnsan alveri üzrə 2022-ci il üçün bu sahədə qlobal təhlili əhatə edən məruzə dinlənilib. Məruzədən sonra təqdimatlar olub.
Kenya Respublikasının BMT-də daimi nümayəndəsi Mary Vangui Mugvanjanın sədrliyi ilə keçən iclasda “Transmillli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Haqqında” BMT konvensiyasını ratifikasiya etmiş ölkələrlə yanaşı BMT-nin bir sıra qurumlarının rəhbərlərinin də qatıldığı iclasda cinayətkarlıqla mübarizənin bu növü üzrə mübarizə üçün faydalı tövsiyələr səslənib.
Bakı şəhəri, Azadlıq prospekti 161.
İndeks: AZ1106
Növbətçi hissə: (+99412) 590-20-49
Faks: (+99412) 590-20-48